“Real”da ciddi itki

İdman

27.02.2025 17:30

2507

“Real Madrid” klubu yarımmüdafiəçisi Dani Sebalyosu müəyyən müddətə itirib. 

TodayPress “Mundo Deportivo”ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu dizindən zədə alıb. 

İspaniya kubokunun yarımfinalında “Real Sosyedad”la matçda zədələnən 28 yaşlı futbolçu ilkin proqnozlara görə,  bir neçə ay yaşıl meydanlardan kənarda qala bilər. 

Təkrar müayinədən sonra Sebalyosun durumu dəqiq bilinəcək.

Qeyd edək ki, ötən ilin payızında zədə səbəbindən 1 ay yaşıl meydanlardan kənarda qalan futbolçu cari mövsüm “Real”ın heyətinda 30 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: İdman,Real Madrid,Dani Sebalyos,Matç,Zədə,todaypress.az,