Rəhimova liqanın ən effektli hücumçusudur

İdman

18.02.2025 12:58

1448

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliya liqasının ən effektli hücumçusu adını qoruyub saxlayır. 

TodayPress yerli mətbuata istinadən xəbər verir ki, “Osasko”nun üzvü hazırda çempionatda uğurlu hücumların faizini əks etdirən göstəriciyə görə,  51,85% nəticə ilə birinci yerdədir.

Onu 50%-lik göstərici ilə “Pinheiros”un hücumçusu Karol Qattas izləyir. İlk "üçlüy"ü isə “Minas” klubundan Taisa (48,58%) tamamlayır.

Namiq HUN

tag: İdman,Voleybol,Azərbaycan,Polina Rəhimova,todaypress.az,