Renat Dadaşov Polşa klubu ilə anlaşdı

İdman

24.02.2025 15:30

2697

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu məlum olub.

TodayPress xəbər verir ki, o, Polşanın "Radomyak" komandası ilə razılaşıb. 

Tərəflər mövsümün sonuna qədər anlaşacaqlar. Müqaviləyə əməkdaşlığın uzadılmasına dair bənd də daxil ediləcək.

Renat Dadaşov fevralın 20-də Türkiyənin "Ankaragücü" klubundan ayrılıb. 

Xatırladaq ki, “Radomyak”da daha bir azərbaycanlı futbolçu - Rahil Məmmədov da çıxış edir.

Namiq HUN

tag: Futbol,Azərbaycan,Renat Dadaşov,Radomyak,todaypress.az,