Rəsulov Özbəkistanda dördüncü oldu
Azərbaycan şahmatçısı Vüqar Rəsulov Özbəkistanda keçirilən beynəlxalq turnirdə dördüncü yeri tutub.
TodayPress xəbər verir ki, 7 ölkədən 37 zəka sahibinin mübarizə apardığı Qarşi turnirində Rəsulov 6,5 xal toplayıb.
O, ilk üçlüyü təşkil edən mükafatçılarla eyni xala malik olsa da, əlavə göstəricilərə görə kvarteti tamamlayıb.
Vüqar turnirin qalibi olan israilli şahmatçı Yevgeni Alekseyevdən yarım xal geri qalıb.
Namiq HUN
tag: Vüqar Rəsulov,Şahmat,Özbəkistan,Turnir,Todaypress.az,