Ronaldo “Valensiya”ya “elçi çıxdı

İdman

25.02.2025 15:28

2248

Kriştiano Ronaldo “Valensiya” futbol klubunu ala bilər.   

TodayPress xəbər verir ki, portuqaliyalı ulduz futbolçu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın timsalında yüksək nüfuzlu investisiya tərəfdaşı tapıb.   

Sövdələşmənin maliyyə hissəsinə kral ailəsinin cavabdeh olacağı gözlənilir. 

Hazırda böhran içində olan “Valensiya” klubu tarixi ərzində 6 dəfə İspaniya çempionu, 8 dəfə isə ölkə kubokunun qalibi olub.

“Yarasalar” həmçinin 1 dəfə Kuboklar kuboku, UEFA kuboku, 2 dəfə UEFA Super kuboku və elə o qədər də Yarmarkalar kubokunu qazanıb.   

Qeyd edək ki, “Valensiya” La Liqanın 25 turundan sonra 18-ci pillədə qərarlaşıb.

Namiq HUN

tag: Ronaldo,Valensiya,Məhəmməd bin Salman,Futbol,Todaypress.az,