Ronaldo yenə çempionluğu qaçırdı

İdman

13.05.2025 09:45

15

Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” klubu Səudiyyə Ərəbistanı Pro Liqasında çempionluq şansını itirib.

TodayPress xəbər verir ki, mövsümün sonuna 4 tur qalmış 60 xalı olan Ər-Riyad təmsilçisinin lider “Əl-İttihad”a çatması mümkünsüzdür. 

Pro Liqanın lideri XXXI turda “Əl-Faiha”nı (3:0) məğlub edərək xallarının sayını 74-ə çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanında top qovan Ronaldo ötən müddət ərzində heç bir kubok qazana bilməyib. “Əl-Nəsr” cari mövsüm ölkə kuboku və Asiya Çempionlar Liqasında da mübarizəni dayandırıb.

Namiq HUN

tag: Kriştiano Ronaldo, “Əl-Nəsr”,Səudiyyə Ərəbistanı, Pro Liqası,todaypress.az,