Roşembak 43 yaşında futbolçu karyerasını bərpa etdi

İdman

10.12.2024 18:44

2863

Braziliya millisinin sabiq futbolçusu, 43 yaşını tamamlayan Fabio Roşembak karyerasını bərpa edib.

TodayPress “Dailystar”a istinadən xəbər verir ki, yarımmüdafiəçi Braziliyanın regional liqasında mübarizə aparan “Quarani de Xaxim" ilə qısamüddətli müqavilə bağlayıb.

O, artıq yeni komandası ilə meydana çıxdığı ilk matçda 3:2 hesablı qələbəyə sevinib.

Fabio Roşembak 2014-cü ildə karyerasını bitirdikdən sonra xoruz döyüşlərində iştirak etməsi ittihamı əsasında həbs olunub. 2017-ci ildə Braziliya polisi onun Riu-Qrandi-du-Sul ştatındakı fermasına basqın edərək, 89 xoruz və 100 000 dollardan çox nağd pul ələ keçirib.

Qeyd edək ki, Roşembak futbolçu karyerası ərzində Avropada “Barselona”, “Midlsbro”, “Sportinq” kimi klublarda çıxış edib. O, Braziliya yığmasının heyətində 7 oyun keçirib.

Namiq HUN

tag: Braziliya ,Futbolçu,Fabio Roşembak,Quarani de Xaxim,todaypress.az,