Rouz mövsümün sonunda qovulacaq

İdman

03.03.2025 11:36

2125

“Leypsiq” klubunun baş məşqçisi Marko Rouz cari mövsümün sonunda komanda ilə vidalaşacaq.

TodayPress xəbər verir ki, klub rəhbərliyi mütəxəssisi futbol mövsümünün ortasında işdən çıxarmamaq qərarına gəlib. Mövsüm başa çatdıqdan sonra klub baş məşqçi postuna yeni mütəxəssis axtaracaq.

Marko Rouz 2022/2023-cü il mövsümündən “Leypsiq”ə rəhbərlik edir. Komanda alman məşqçinin rəhbərliyi altında meydana çıxdığı 124 oyunda 71 qələbə qazanıb.

Qeyd edək ki, “Leypsiq” 38 xalla Bundesliqanın altıncı komandasıdır. 

Namiq HUN

tag: İdman,“Leypsiq”,Baş məşqçi,Marko Rouz ,todaypress.az,