Rusiya klubu Pyaniçin transferini açıqladı
Rusiyanın ÇSKA klubu heyətini Miralem Pyaniçlə gücləndirib.
TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi bosniya və herseqovinalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb.
34 yaşlı futbolçu Moskva təmsilçisinə azad agent kimi qoşulub.
Buna qədər Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şarca” klubunda çıxış edən Miralem Pyaniç karyerası ərzində “Mets”, “Lion”, “Roma”, “Yuventus”, “Barselona” və “Beşiktaş”ın da şərəfini qoruyub.
Namiq HUN
tag: Rusiya, Liqa ,Moskva, Birləşmiş Ərəb Əmirlikləri, Roma ,Yuventus ,Barselona ,todaypress.az,