Saka uzun müddətdən sonra sıraya döndü

İdman

28.03.2025 10:05

1659

“Arsenal” klubunun futbolçusu Bukayo Saka 3 aydan sonra məşqlərə başlayıb.   

TodayPress xəbər verir ki, klubun mətbuat xidməti sosial şəbəkə hesabında məlumat yayıb.   

İngiltərəli yarımmüdafiəçi ötən ilin dekabr ayında əməliyyat olunmuşdu. 

Bukayo Saka cari mövsüm “Arsenal”ın heyətində meydana çıxdığı 21 matçda 9 qol vurub və 12 məhsuldar ötürmə edib.   

Namiq HUN

tag: Arsenal,Bukayo Saka,Futbolçu,Zədə,Əməliyyat,Todaypress.az,