Şakirinin müqaviləsinə xitam verildi
ABŞ-nin “Çikaqo Fayr” klubu Cerdan Şakiri ilə yollarını ayırıb.
TodayPress xəbər verir ki, isveçrəli yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
32 yaşlı futbolçu 2022-ci ildən MLS-də çıxış edirdi. O, bu mövsüm meydana çıxdığı 12 oyunda 2 qol vurub.
Qeyd edək ki, Cerdan Şakiri Avropa çempionatından sonra İsveçrə millisindəki karyerasını başa vurub.
Namiq HUN
tag: ABŞ, MLS, Avropa, Çempionat, İsveçrə, todaypress.az,