Salah Premyer Liqada rekord qırdı
“Liverpul” klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqanın XXVI turunda “Mançester Siti” ilə matçda (2:0) record qırıb.
TodayPress xəbər verir ki, “şəhərlilər”lə qarşılaşmada qol vurub məhsuldar ötürmə edən cinah oyunçusu cari mövsümdə məhsuldar hərəkətlərinin sayını 41-ə çatdırıb.
O, ötən müddət ərzində 25 qol və 16 qol ötürməsi ilə yadda qalıb.
Salah ötən mövsüm də 40+ məhsuldar hərəkət etməyi bacarıb.
Qeyd edək ki, 32 yaşlı forvard ardıcıl 2 mövsüm 40 və daha çox məhsuldar hərəkət etməyi bacaran ilk futbolçudur.
Namiq HUN
tag: Liverpul,Məhəmməd Salah,Premyer Liqa,Mançester Siti,todaypress.az,