Salah Premyer Liqanın ən yaxşı futbolçusu seçildi
"Liverpul" klubunun hücumçusu Məhəmməd Salah Peşəkar Futbolçular Assosiasiyasının versiyasına görə Premyer Liqada noyabr ayının ən yaxşı futbolçusu seçilib.
TodayPress xəbər verir ki, misirli oyunçu azarkeşlərin səsverməsinə əsasən "ən yaxşı" adına layiq görülüb.
O, səsvermədə Moyses Kaysedo (“Çelsi”), Mateus Kunya və Juan Qomes (hər ikisi “Vulverhempton”), Ceyms Meddison (“Tottenhem”) və Juan Pedronu (“Brayton”) qabaqlayıb.
Qeyd edək ki, Məhəmməd Salah noyabrda Premyer Liqada keçirdiyi üç oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Liverpul,Məhəmməd Salah,Futbolçular Assosiasiyası,Premyer Liqa,todaypress.az,