Şəhriyar Məmmədyarov Top-20-likdə

İdman

31.01.2025 19:00

2268

FIDE şahmatçıların fevral ayına olan dünya reytinqini açıqlayıb. 

TodayPress xəbər verir ki, siyahıda Azərbaycan şahmatçılarından ən yaxşı göstərici Şəhriyar Məmmədyarovun aktivindədir. 

Bir pillə irəliləyən qrossmeyster 2731 xalla 20-cı pillədə qərarlaşıb. Teymur Rəcəbov (2698) 32-ci sıradakı mövqeyini qoruyub. İki pillə irəliləyən Rauf Məmmədov (2656) 71-cidir.

Reytinq cədvəlinə 2833 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadın şahmatçıların dünya reytinqində ən yaxşı göstəriciyə Günay Məmmədzadə imza atıb. İki pillə irəliləyən qrossmeyster 2412 xalla 36-cı yerdədir. Bir pillə irəliləyən Gövhər Beydullayeva (2404) 41-ci yerə yüksəlib. Ülviyyə Fətəliyeva (2381) 64-cü pillədəki mövqeyini qoruyub. Xanım Balacayeva (2355) isə 1 pillə geriləyərək 89-cu olub.

Qadınların reytinq cədvəlinə 2633 xalla çinli Yufan Hu başçılıq edir 

Namiq HUN

tag: FIDE ,Azərbaycan ,Şəhriyar Məmmədyarov,Reytinq ,todaypress.az,