Setyen “Beytszin Qoan” klubu ilə anlaşdı
“Barselona”nın sabiq baş məşqçisi Kike Setyen Çində çalışacaq.
TodayPress xəbər verir ki, mütəxəssis “Beytszin Qoan” klubunun baş məşqçisi təyin edilib.
Qeyd edək ki, Setyen 2020-ci ildə “Barselona”nı çalışdırıb. O, məşqçilik karyerasında Qvineya millisində, “Las Palmas” və “Betis” klublarında baş məşqçi işləyib.
Kike Setyenin son iş yeri “Vilyarreal” klubu olub.
Namiq HUN
tag: Barselona, Klub, Betis, Setyen, todaypress.az,