Şevçenko İtaliya futbolunun Şöhrət Zalında

İdman

08.11.2024 23:00

1339

“Milan” klubunun sabiq futbolçusu, Ukrayna və Avropa futbolunun əfsanəsi Andrey Şevçenko İtaliya futbolunun Şöhrət Zalına daxil olacaq.

TodayPress xəbər verir ki, İtaliya Futbol Federasiyası məlumat yayıb.

Ukraynalı “Əcnəbi futbolçu” kateqoriyasında Şöhrət Zalına daxil ediləcək.

Andrey Şevçenko 1999-2006-cı illərdə “Milan”da çıxış edib. O, sonradan 2008-ci ildə icarə əsasında kluba qayıdıb. Şevçenko  “rossoneri”nin heyətində 322 oyun keçirib. Andrey b u görüşlərdə  175 qol vurub və 46 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Milan, İtaliya, Ukrayna, Şevçenko, Andrey, todaypress.az,