Simonov Dünya kubokunda liderdir

İdman

12.03.2025 14:01

2728

Azərbaycan idman gimnastı Nikita Simonov Dünya kuboku seriyasında  liderliyi ələ keçirib.   

TodayPress xəbər verir ki, o, altı mərhələdən ibarət olan Dünya kuboku seriyasının ilk iki yarışındakı uğurlu çıxışı sayəsində buna nail olub.   

Simonov halqalarla hərəkətlərdə 55 xalla seriyanın ümumi sıralamasında birincidir.   

Almaniyanın Kottbus şəhərində gümüş medal qazanan Nikita aktivinə 25 xal, Bakı mərhələsində sahib olduğu qızıl medalla isə 30 xal yazdırıb. 

Qarşıda idman gimnastımızı aprelin 20-də Türkiyənin Antalya şəhərində keçiriləcək Dünya kubokunun üçüncü mərhələsi gözləyir.   

Namiq HUN

tag: Nikita Simonov,Gimnast,Dünya ,Kubok,Qalib,Todaypress.az,