“Sumqayıt” Cavadovla yollarını ayırdı
“Sumqayıt” klubunun baş məşqçisi Vaqif Cavadov istefaya göndərilib.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Cavadov klubun komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Vaqif Cavadov “Sumqayıt”ı Premyer Liqada 25, Azərbaycan Kubokunda isə 3 oyuna çıxarıb.
“Kimyaçılar” bu matçlarda 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.
Namiq HUN
tag: Sumqayıt,Klub,Vaqif Cavadov,Futbol,Todaypress.az,