"Sumqayıt" - "Sabah" oyununda 6 qol vuruldu
XXVIII turda Sabah"
"Sumqayıt"ın qonağı olub.
TodayPress xəbər verir ki, qarşılaşmada qalib müəyyənləşməyib - 3:3.
Meydan sahiblərini heyətində 18-ci dəqiqədə
Ronaldo Vaskez, 46-cı dəqiqədə Bobir Abdixolikov, 88-ci dəqiqədə Momo Yansane
fərqlənib.
Qonaqların qollarını 6-cı və 71-ci dəqiqələrdə Umarali
Raxmonaliyev, 77-ci dəqiqədə Tellur Mütəllimov vurub.
Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran
"Sabah" beşinci pillədə qərarlaşıb. 29 xalı olan "Sumqayıt"
yeddinci sıradadır.
Günün ilk matçında "Neftçi" evdə
"Araz-Naxçıvan"la heç-heçə edib - 1:1.
Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə
"Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. Tura martın 30-da yekun
vurulacaq.
tag: Sabah, Sumqayıt, Qarşılaşma, Heç-heç, Tur, todaypress.az,