Super Liqanın bombardiri dünyasını dəyişdi
Türkiyə Super Liqasının bombardiri olmuş Aaron Bupendza faciəvi şəkildə vəfat edib.
TodayPress Rumıniya mətbuatına istinadən xəbər verir ki, futbolçu Çində yaşadığı binanın 11-ci mərtəbəsindən yıxılaraq ölüb.
“Hatayspor” klubunun 28 yaşlı sabiq forvardının ölümü ilə bağlı cinayət işi açılıb.
Bupendzanın faciəvi ölümü ilə bağlı 3 ehtimal var.
Çində qəsdən öldürülmə, intihar və ehtiyatsızlıq ehtimalları üzərində araşdırma aparılır.
Qeyd edək ki, Qabonlu futbolçu bu qış Çinin “Jejyanq” klubuna transfer olunmuşdu.
Klub rəhbərliyi hadisədən gec xəbər tutub.
Bupendza komandanın məşqinə qatılmadığından onunla əlaqə saxlamaq cəhdləri uğursuz olub.
Yalnız məlumat yayıldıqdan sonra hadisədən xəbər tutublar.
Xatırladaq ki, Aaron Bupendza 2020/2021-ci il mövsümündə “Hatayspor”da top qovub.
O, 22 qolla Türkiyə Super Liqasının bombardiri olub.
Namiq HUN
tag: Super Liqa,Bombardir,Aaron Bupendza,Ölüm,Todaypress.az,