Taekvondoçumuz Paris Olimpiadasının gümüş medalını qazandı

İdman

08.08.2024 09:29

1439

Finalda zədələnən Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris Olimpiadasının gümüş medalını qazanıb.

TodayPress xəbər verir ki, 58 kq çəki dərəcəsində yarışan idmançı finalda cənubi koreyalı Park Taejoonla qarşılaşıb.

Rəqibinə məğlub olan Qaşım Maqomedov fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Taekvondoçumuz ilk hissədə 0:9 hesabı ilə uduzub. İkinci hissəni isə sona qədər davam etdirə bilməyib. Görüş zamanı ayağından сiddi zədə alan Maqomedov qarşılaşmanı yarımçıq dayandırıb.

Qeyd edək ki, Paris Olimpiadsında cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) isə finala yüksəlməklə ən azı multiidman oyunlarının gümüş medalını təmin edib.

Namiq HUN

tag: Taekvando, Azərbaycan, Park Taejoon, Hidayət Heydərov,Qaşım Maqomedov,todaypress.az,