Tedesko Kurtuanı AVRO-2024-ə aparmamasının səbəbini açıqladı
TodayPress xəbər verir ki, Belçika millisinin baş məşqçisi Domeniko Tedesko millinin 2024-cü il Avropa çempionatı üçün ərizəsinə "Real Madrid"in qapıçısı Tibo Kurtuanı niyə daxil etmədiyinə aydınlıq gətirib.
“Tibo öz bədənini hamıdan yaxşı tanıyır. Hər şey əvvəldən aydın idi. O, yenicə meydana qayıdıb. Hər üç-dörd gündən bir böyük turnirdə oynamaq çətindir. Biz bu məlumatı nəzərə aldıq və hesab etdik ki, Kurtua avroya hazır deyil”, - Tedesko deyib.
Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Qrup mərhələsində birinci və ikinci yerləri tutan komandalar, həmçinin dörd ən yaxşı üçüncü yerin sahibi 1/4 finala yüksələcəklər. Turnirin pley-off oyunları olimpiya sistemi üzrə, uduzan komandaların turnirdən kənarlaşdırılması ilə keçiriləcək.
tag: İdman, Football, AVRO-2024, todaypress.az,