Toni Kroos "İlin idmançısı" seçildi
Toni Kroos "İlin idmançısı" adına layiq görülüb.
TodayPress xəbər verir ki, 34 yaşlı almaniyalı "Sports Illustrated Deutschland" jurnalı tərəfindən ən yaxşı seçilib.
Yayda peşəkar karyerasını bitirən Kroos 2024-cü ildə "Real" ilə İspaniya çempionu, İspaniya Superkuboku və Çempionlar Liqasının qalibi olub.
Qeyd edək ki, o, bu il həmçinin "Kicker" tərəfindən Almaniyanın 2023/24 mövsümündə ən yaxşı futbolçusu seçilib, "Tuttosport" tərəfindən "Golden Man" mükafatına layiq görülüb.
tag: Peşəkar, Real, İspaniya, Kroos ,todaypress.az,