Tyaqo Mottanın "kreslosu laxladı"

İdman

21.02.2025 12:00

1797

“Yuventus” klubu baş məşqçi Tyaqo Motta ilə yollarını ayıra bilər. 

TodayPress insayder Nikolo Şkiraya istinadən xəbər verir ki, səbəb olaraq Turin təmsilçisinin uğursuz çıxışı göstərilir.   

Klub rəhbərliyi artıq 42 yaşlı mütəxəssisin mümkün əvəzedicilərini araşdırır. 

“Qoca sinyora” hazırda A Seriyasında 25 turdan sonra 46 xalla 4-cüdür.   

Komanda Mottanın rəhbərliyi altında UEFA Çempionlar Liqasının pley-off mərhələsində PSV Eyndhoven klubuna iki oyunun nəticəsində məğlub olaraq mübarizəni dayandırıb. 

Tyaqo Motta ötən yay İtaliyanın “Bolonya” klubundan “Yuventus”a keçib.   

Namiq HUN

tag: Yuventus,Nikolo Şkira, UEFA,Çempionlar Liqası,Todaypress.az,