Üç boksçumuz finala yüksəldi

İdman

19.02.2025 11:23

2819

Azərbaycanın gənc boksçuları Rumıniyada keçirilən “Drakula Open” beynəlxalq turnirində uğula çıxış edirlər. 

TodayPress xəbər verir ki, millimizin 3 üzvü Breila şəhərində təşkil olunan yarışın yarımfinal mərhələsinə yüksəlib. 

1/4 final görüşlərində Baqir Əmirxanlı (60 kq) yerli David Barbuya üçüncü, Valeh Eyvazlı (67 kq) isə Rares Pursareaya ikinci raundda tam üstünlüklə qalib gəlib. 

Mircəlal Mirağayev (80 kq) isə ukraynalı rəqibi Zaxar Doroşenko göyüşə gəlmədiyindən mərhələ adlayıb.

Hər 3 boksçu yarımfinala yüksəlməklə özləri üçün turnirin ən azı bürünc medalını təmin edib.

Qeyd edək ki, “Drakula Open” turnirində final görüşləri fevralın 23-də keçiriləcək. 

Namiq HUN

tag: Gənc,Boks,Rumıniya,Drakula Open,Final,todaypress.az,