Üçqat Olimpiya çempionu vəfat etdi
Rusiyanın sabiq sərbəst güləşçisi Buvaysar Saytiyev 49 yaşında vəfat edib.
TodayPress Rusiya Güləş Federasiyasının məlumatına istinadən xəbər verir ki, Saytiyev Moskva xəstəxanlarının birində dünyasını dəyişib.
O, zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi. Sabiq sərbəst güləşçi ağciyər xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Buvaysar Saytiyev 3 qat Olimpiya çempionu olub. O, həm dünya, həm də Avropa çempionatında 6 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Namiq HUN
tag: Rusiya,Güləşçi, Buvaysar Saytiyev,Zəhərlənmə ,Todaypress.az,