Uimbildon-2024 tennis turnirində bütün yarımfinalçılar bəlli oldu
Uimbildon-2024 tennis
turnirində bütün yarımfinalçılar bəlli olub.
TodayPress xəbər verir ki,
Novak Cokoviç korta çıxmadan növbəti mərhələyə yüksəlib.
Serbiyalı tennisçinin rəqibi
Alde De Minar (Avstraliya) zədə üzündən 1/4 final görüşündən imtina edib. Günün
digər oyununda italiyalı Lorenzo Musetti amerikalı Teylor Fritsə qalib gəlib.
O, yarımfinalda Cokoviçlə qarşılaşacaq. Mərhələnin digər cütündə Danil Medvedev
– Karlos Alkaras görüşü baş tutacaq. Hər iki oyun iyulun 12-də olacaq.
Sabah qadınların mübarizəsində
yarımfinal matçları keçiriləcək. Barbora Kreyçikova (Çexiya) Yelena Rıbakina
(Qazaxıstan), Donna Vekiç (Xorvatiya) isə Yasmin Paolini (İtaliya) ilə
qarşılaşacaq.
Qeyd edək ki, qadınlar arasında final görüşü şənbə, kişilərdə isə bazar günü baş tutacaq.
tag: Barbora Kreyçikova, Donna Vekiç, Yasmin Poalini, Uimbildon-2024, todaypress.az,