UNFP cari mövsümün nominantlarını mükafatlandırdı
Milli Peşəkar Futbolçular Birliyi (UNFP) 2024/2025-ci illər mövsümü üçün Fransada çıxış edən və ölkəni xaricdə təmsil edən ən yaxşı futbolçu, məşqçi və hakimləri mükafatlandırıb.
TodayPress xəbər verir ki, PSJ klubunun hücumçusu Usman Dembele Liqa 1-in ən yaxşı oyunçusu seçilib.
O, cari mövsüm Liqa 1-də 28 matçda 21 qol vurub və 8 məhsuldar ötürmə edib.
Çempionatın əsas ümidi mükafatına PSJ-li Desire Due layiq görülüb.
Ən yaxşı qapıçı “Lill”dən Lukas Şevalye, ən yaxşı məşqçi PSJ-dən Luis Enrike, xaricdəki ən yaxşı fransalı futbolçu isə “Real Madrid”dən Kilian Mbappe seçilib.
Namiq HUN
tag: Usman Dembele,PSJ,Klub,Futbolçu,Todaypress.az,