Uolş dünya rekordu qırdı

İdman

10.12.2024 16:22

876

Amerikalı üzgüçü Qretçen Uolş 50 metr məsafəyə kəpənək üsulu ilə üzməkdə yeni dünya rekordu müəyyən edib.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Uolş göstəricini  Macarıstanda keçirilən dünya çempionatında reallaşdırıb.

O, 24,02 saniyə nəticə göstərib. Əvvəlki rekord isveçli Tereza Alşammara (24,38 saniyə) məxsus idi.

Qeyd edək ki, 21 yaşlı Qretçen Uolş Paris Olimpiadasında iki qızıl və iki gümüş medal qazanıb. O, həmçinin 2023-cü ildə keçirilən dünya çempionatında bir dəst medala sahib olub.

Namiq HUN

tag: Paris ,Qızıl ,Gümüş ,Üzgüçülük ,todaypress.az,