Vircil Van Deyk "Liverpul"da qalır

İdman

23.02.2025 17:15

1228

Niderland millisinin kapitanı Vircil Van Deyk "Liverpul"la yeni müqavilə bağlamağa yaxındır.

TodayPress xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Mersisayd klubu təcrübəli müdafiəçiyə yeni müqavilə təklif edib və tərəflər arasında ilkin razılıq əldə olunub.

Van Deykin hazırkı müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır. 33 yaşlı futbolçu 2018-ci ildən “Liverpul”un formasını geyinir. O, məsələ ilə bağlı bunları deyib:

"Mən "Liverpul"un rənglərinə sadiqəm, bu klubu və azarkeşləri sevirəm. Hələlik konkret bir şey deyə bilmərəm, amma ortaq məxrəcə gəlməyimiz mümkündür".

Van Deyk karyerası ərzində “Qroningen”, “Seltik” və “Sauthempton” klublarında da çıxış edib.

tag: Niderland ,Vircil Van Deyk,Liverpul,Qroningen,todaypress.az,