Xəlilov ən yaxşı parataekvondoçu seçildi

İdman

05.12.2024 16:44

1240

İmaməddin Xəlilov dünyanın ən yaxşı kişi parataekvondoçusu seçilib 

TodayPress xəbər verir ki, Paralimpiya çempionumuz İmaməddin Xəlilov Dünya Taekvondo Federasiyası (WT) tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb. 

İl ərzində iştirak etdiyi bütün turnirlərdə qızıl medal qazanan idmançımız Paralimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib. 

İmaməddin Xəlilov dünya reytinqinin hazırkı lideridir.

Parataekvondoçumuza mükafat Honkonqda keçirilən qala gecəsində təqdim olunub.

Qeyd edək ki, idmançımız bu ada Dünya Taekvondo Federasiyasının Texniki Komissiyasının yekdil rəyi əsasında layiq görülüb.

Namiq HUN

tag: Medal ,İdman,P rataekvondoçu,İmaməddin Xəlilov ,todaypress.az,