Xizək alpinistçilərimiz Dünya Kubokunda mübarizə apardılar

İdman

06.04.2025 09:25

19

Azərbaycanın xizək alpinistləri Nəzrin Qəribova və Seyid Sədrəddinov İsveçrənin Villars-Sur-Ollon qəsəbəsində keçirilmiş dünya kubokunda iştirak ediblər.

TodayPress xəbər verir ki, qadın idmançımız 21 ölkədən olan 62 iştirakçı arasında yarışın sprint növü üzrə 33-cü yeri tutub.

Seyid Sədrəddinov isə 75 xizçəkçi arasında 67-ci yerə sahib olub. Yarışın qarışıq estafet növündə də qüvvəsini sınayan təmsilçilərimiz 42 cütlük arasında 37-ci yerdə qərarlaşıblar.

tag: Dünya kuboku,Xizək,Alpinist,Milli,todaypress.az,