Yamalı təhqir edən azarkeşlər cəzalandırıldı

İdman

03.12.2024 11:34

762

“Real Madrid” klubunun azarkeşləri “Barselona”nın hücumçusu Lamin Yamalı təhqir etdiklərinə görə sanksiya ilə üzləşiblər.

TodayPress “Diario Sport”a istinadən xəbər verir ki, idmanda zorakılıq, irqçilik, ksenofobiya və dözümsüzlüklə mübarizə üzrə hökumət komissiyası 2 azarkeşin 5000 avro cərimələnməsini və 1 il müddətinə stadionlara buraxılmamasına qərar verib.

Rəqib oyunçulara qarşı irqçi təhqirlər səsləndirən daha 2 azarkeş 4000 avro cərimələnib. Onları da 1 illik qadağa gözləyir.

Stadiondan kənarda polisin işinə müdaxilə edən və rəqib oyunçuları təhqir edən daha bir neçə fanat da 3000 avro cərimə oluna bilər. Onlara 6 ay müddətinə stadionlara giriş qadağan oluna bilər.

Xatırladaq ki, “Barselona” La Liqanın XI turunda “Santyaqo Bernabeu”da “Real Madrid”I (4:0) məğlub edib. Üçüncü qoldan sonra bəzi tamaşaçılar 17 yaşlı Yamalı təhqir etməyə başlayıblar.

Namiq HUN

tag: Yamal, Azarkeşlər, Cərimə, Santyaqo Bernabeu, Real Madrid, todaypress.az,