Yığmamız antirekord vurdu
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi AVRO-2025-in əsas seçmə mərhələsinə üzücü məğlubiyyətlə başlayıb.
TodayPress xəbər verir ki, yığmamız Bosniya və Herseqovina ilə görüşdə öz antirekordunu təkrarlayıb.
2:10 hesabı ilə uduzan millimiz qitə çempionatlarında 3-cü dəfə 8 top fərqlə məğlub olub.
Yığmamızın ilk belə qənimi Sloveniya olub.
AVRO-2019-un seçmə oyununda rəqib 9:1 hesabı ilə qalib gəlib.
Növbəti fiasko 4 il sonraya təsadüf edib. Yunanıstan yığmamıza daha çox qol vursa da, fərq eyni olub.
Ellada təmsilçisi 11:3 hesabına sevinib.
Qeyd edək ki, yığmamız Yunanıstanla matçdan sonra ikinci dəfə bir görüşdə 10 və daha çox top buraxıb.
tag: Azərbaycan,U19,Futzal,Məğlubiyyət,Todaypress.az,