Yol qəzası Bomelə baha başa gəldi
“Dakar” rallisinin dördqat qalibinin ayağı amputasiya ediləcək.
TodayPress xəbər verir ki, fransız Matye Bomel yol qəzasında aldığı zədə səbəbindən əməliyyat olunacaq.
O, özü bu barədə sosial şəbəkə hesabında yazıb.
Hadisə yanvarın 28-də baş verib. Bomel Monte-Karlo rallisi zamanı avtomobildə yaranan nasazlığı düzəltmək üçün yolun kənarında dayanıb.
Bu zaman digər avtomobil onu vurub.
Qeyd edək ki, Matye Bomel 2015, 2019, 2022 və 2023-cü illərdə “Dakar” rallisinin qalibi olub. 49 yaşlı pilot qətərli Nasser əl-Attiyahın şturmanı olub.
Namiq HUN
tag: Dakar,Bomel,Avtomobil,Qalib,Todaypress.az,