"Yuventus" yeni baş məşqçisini təqdim etdi
"Yuventus"un yeni
baş məşqçisi İqor Tudor ictimaiyyətə təqdim olunub.
TodayPress xəbər verir ki, xorvatiyalı mütəxəssislə mövsümün sonuna kimi
müqavilə imzalanıb.
O, Turin
klubunu yayda keçiriləcək klublararası dünya çempionatının sonuna kimi
çalışdıracaq. Tudor komandanı Çempionlar Liqasına yüksəldə bilsə, onun
razılaşma daha 1 il müddətinə uzadılacaq.
Qeyd edək ki,
Tudor "Yuventus"da Tyaqo Mottanı əvəzləyib. Futbolçu
kimi 1998-2007-ci illərdə "Yuventusun"un formasını geyinən Tudor
son olaraq "Latsio"nu çalışdırıb.
tag: Tudor, Yuventus, Çempionat, Futbol, todaypress.az,