Zəkaların taybrek savaşı
Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ikinci oyunlarından sonra qalib və mükafatçıların adlarına aydınlıq gəlməyib.
TodayPress xəbər verir ki, çempionluğun taleyi taybrekə qalıb.
Kişilərin mübarizəsində Rauf Məmmədov - Şəhriyar Məmmədyarov görüşündə növbəti dəfə heç-heçə qeydə alınıb (1:1).
Qadınların yarışında isə ilk partiyada uduzan Günay Məmmədzadə Gövhər Beydullayevadan revanş ala bilib (1:1).
Gülnar Məmmədova ilə Ülviyyə Fətəliyeva arasındakı üçüncülük görüşündə də ümumi hesab bərabərləşib (1:1).
Nəticədə qaliblər bu gün keçiriləcək taybrek görüşlərində müəyyənləşəcək.
Namiq HUN
tag: Şahmat,Taybrek,Final,Çempionat,Todaypress.az,