“Zirə” – “Kəpəz” oyununun başlama saatı növbəti dəfə dəyişdirildi
Ötən gün qarlı hava
şəraitinə görə təxirə salınmış “Zirə” - “Kəpəz” matçının başlama saatı növbəti
dəfə dəyişdirilib.
Bakı klubunun
mətbuat xidmətindən TodayPress-ə verilən məlumata görə, qarşılaşma saat
19:00-da start götürəcək.
Zirə İdman
Kompleksinin stadionunda artıq son tamamlama işləri görülür.
Qeyd edək ki,
əvvəlcə matçın saat 16:00-da, ardınca isə 18:00-da başlayacağı bildirilmişdi.
tag: Zirə, Kəpəz, Oyun, Vaxt, Qar, Təxirə, todaypress.az,