“Zirə” UEFA reytinqində Azərbaycana xal qazandırdı

İdman

30.08.2024 09:40

2098

Ölkələrin UEFA reytinqində dəyişikliklər olub.

TodayPress xəbər verir ki, Avropa Liqası və Konfrans Liqasında baş tutan matçlardan sonra bəzi ölkələrin xal hesabı və mövqeyi dəyişib. 

Son matçda “Zirə” evdə “Omoniya”nı 1:0 hesabı ilə məğlub edib. 

Bu, ölkəmizə 0,250 xal qazandırıb. Amma Azərbaycanın siyahıda tutduğu yer dəyişməyib. Hesabında 19,125 xal olan Azərbaycan Avropadakı 26-cı yerini qoruyub.

Mövsümün qazancı 2,375-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Cədvələ 89,303 xalla İngiltərə başçılıq edir.

Namiq HUN

tag: Avropa Liqası, Azərbaycan, Zirə, Sumqayıt, Sabah, todaypress.az,