Zubir “Qarabağ”ın tarixinə düşdü
“Qarabağ” Premyer Liqanın cari mövsümündə 60-cı qolunu vurub.
TodayPress Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi buna XXIV turun “Sabah”la görüşündə (1:1) nail olub.
60-cı qola imza atan Abdullah Zubir “Qarabağ” tarixinin rekordunu təkrarlayıb. “Köhlən atlar” daha əvvəl 2003/2004-cü, 2021/2022-ci və 2023/2024-cü illər mövsümlərində də “60” qola 24-cü oyununda çatıb.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin rekordu isə “Kəpəz”ə məxsusdur. Gəncə təmsilçisi 1995/1996-cı il mövsümündə 60-cı qolunu 17-ci matçda vurub.
Namiq HUN
tag: Qarabağ,Premyer Liqa,Futbol,Sabah,Abdullah Zubir,todaypress.az,