"SpaceX" bir gündə iki peyk orbitə buraxdı

İKT

29.04.2025 20:00

23

"SpaceX" bir gün ərzində iki uğurlu "Starlink" peyk buraxılışı həyata keçirib.

TodayPress xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilir ki, aprelin 28-də Kaliforniyadan "Falcon 9" raketi ilə iki peyk partiyası orbitə göndərilib.

Şirkət 2025-ci ildə artıq 50 "Falcon 9" buraxılışı reallaşdıraraq yüksək aktivlik nümayiş etdirib.

Bundan əlavə, quyruq nömrəsi 1067 olan "Falcon 9" raketinin birinci mərhələsi artıq 27 dəfə uğurla eniş edib. Bu, "SpaceX" üçün yeni rekorddur.

Türkan İsgəndərli

tag: SpaceX,Starship,NASA,Yer,todaypress.az,