Mərkəzi Bank “Premier Kredit"in lisenziyasını ləğv etdi

Maliyyə

25.04.2025 12:19

37

Azərbaycan Mərkəzi Bankı “Premier Kredit Bank olmayan kredit təşkilatı” MMC-nin lisenziyası ləğv edib. 

TodayPress bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, BOKT tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Mərkəzi Bankın İdarə Heyətinin 23.04.2025-ci il tarixli Qərarı ilə “Premier Kredit Bank olmayan kredit təşkilatı” MMC-yə verilmiş 01.11.2014-cü il tarixli, BKT-29 nömrəli müvafiq lisenziya könüllü əsaslarla ləğv edilib. 

Qeyd edilib ki, “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.

tag: Mərkəzi Bank,Premier Kredit,Lisenziya,Ləğv,Todaypress.az,