Aktyor Ceyms Erl Cons dünyasını dəyişdi
“Ulduz müharibələri”
filmində Dart Veyderi səsləndirən aktyor Ceyms Erl Cons dünyasını
dəyişib.
TodayPress xəbər verir ki, aktyor 93 yaşında vəfat edib.
O, karyerası
ərzində əfsanəvi “Doktor Haus” serialında, “Klik: Həyat üçün uzaqdan idarəetmə
ilə”, “Evə xoş gəlmisiniz, Rosko Cenkins”, “Hakim Dred”, “Qorxulu film 4” və
bir çox başqa filmlərdə çəkilib, "The Simpsons", "Sesame
Street", "Robots", "The Lion King 2: Simba's Pride"
filmlərində dublyaj səslərindən biri olub.
tag: Aktyor, Ölüm, İncəsənət,Dart Veyderi,todaypress.az,