Məşhur qrupun 79 yaşlı üzvü evləndi
Məşhur ABBA qrupunun 79 yaşlı üzvü Bjorn Ulvaeus növbəti dəfə evlənib.
TodayPress xəbər verir ki, bu barədə "PA Media" məlumat yayıb.
O, Kristina Sas adlı xanımla evlənib. Cütlük 2021-ci ildə Nürnberqdə ABBA-nın son albomu "Voyage"in təqdimatı zamanı tanış olub.
Toy Kopenhagendə baş tutub.
Qeyd edək ki, Ulvaeus daha çox "Eurovision 2024" Mahnı Müsabiqəsindəki çıxışı ilə tanınıb.
Günəş Mərd
tag: ABBA ,Bjorn Ulvaeus ,Nürnberq ,Kristina Sas ,Euravision 2024, todaypress.az,