Ağır ziyafətdən sonra necə qidalanmaq lazımdır?
Ağır ziyafətdən sonrakı gün səhv qidalanma orqanizmə ciddi ziyan verə bilər.
TodayPress xəbər verir ki, bu barədə həkimlər xəbərdarlıq ediblər.
Belə ki, sərxoşluqdan sonra səhər yeməyində ağır mayonezli salatlardan uzaq durmaq lazımdır. Bu tip yeməklər qaraciyər və mədəaltı vəziyə mənfi təsir göstərir və onların funksiyalarının pozulmasına səbəb ola bilər.
Həmçinin hisə verilmiş və duzlu qidaların da təhlükəli olduğu bildirilir. Bu məhsullar böyrəklərə əlavə yük yaradır və hipertoniya ilə infarkt riskini artırır.
Az miqdarda içki qəbul etmək müvəqqəti rahatlıq versə də, ertəsi gün yenidən içki içmək də sağlamlığa zərər vura bilər.
Türkan İsgəndərli
tag: Ziyafət,Sərxoş,Qidalanma,Sağlamlıq,