Gümrah oyanmaq üçün nə etmək lazımdır?

Sağlamlıq

02.05.2025 12:40

18

Mütəxəssislər səhərlər tez oyanmağa kömək edən sadə yataq məşqləri tövsiyə edirlər.

TodayPress xəbər verir ki, ilk olaraq, uzanıqlı vəziyyətdə ayaqla “O” şəkli çəkmək, hər iki istiqamətdə 20 saniyə fırlatmaq və sonra digər ayaqla təkrarlamaq məsləhət görülür.

Ardınca qollarla dairəvi hərəkətlər etmək, dizləri sinəyə çəkmək və bu hərəkəti 15 dəfə təkrarlamaq tövsiyə olunur.

Çarpayıda oturub ayaqları sallamaq, qolları arxaya doğru uzatmaq və əzələləri rahatlaşdırmaq lazımdır. Daha sonra bir əllə digər qolu sinəyə sıxmaq və bu hərəkəti hər iki tərəf üçün təkrarlamaq faydalıdır.

Bu hərəkətləri səhərlər tətbiq etməklə bədəni oyatmaq və günə enerjili başlamaq mümkündür.

Türkan İsgəndərli

tag: İdman,Məşq,Hərəkət,todaypress.az,