Qırmızı ət diabet riskini artırır – araşdırma

Sağlamlıq

05.05.2025 03:54

20

Qırmızı ət protein, B vitaminləri, dəmir və sink baxımından zəngin olsa da, onun sağlamlıq riskləri ilə əlaqəli olduğu uzun zamandır bilinir.

TodayPress xəbər verir ki, “The Lancet” jurnalında yayımlanan yeni tədqiqat bu ətin 2-ci tip diabetlə də əlaqəli olduğunu ortaya qoyub.

Araşdırmada Amerika, Aralıq dənizi, Avropa, Cənub-Şərqi Asiya və Qərbi Sakit okean bölgələrindən olan 20 ölkənin sakinləri iştirak edib. Ümumilikdə 2 milyon insanın sağlamlıq məlumatları analiz olunub.

Nəticələr göstərib ki, həm işlənməmiş qırmızı ət (məsələn, mal və quzu əti), həm də işlənmiş ət məhsullarının yüksək miqdarda istehlakı 2-ci tip diabet riskini artırır. Quş əti ilə də müəyyən əlaqə aşkarlanıb, lakin bu zəif və regionlara görə dəyişən olub.

Mütəxəssislər bildirir ki, qırmızı ətdəki doymuş yağlar insulin həssaslığını azalda bilər.

Türkan İsgəndərli

tag: Ət,Diabet,Yemək,Xəstəlik,