BQXK saxlanılan Qarabağ separatçılarına baş çəkdi

Siyasət

26.08.2024 13:21

1007

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkiblər.

TodayPress xəbər verir ki, bu barədə  BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqələri üçün şərait yaradılıb.

"Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir" məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər.

tag: Beynəlxalq Qızıl Xaç Komitəsi, Azərbaycan, Qarabağ,Bakı, İlahə Hüseynova, todaypress.az,