Kavelaşvili: "Ermənistan və Azərbaycanın yaxın gələcəkdə sülh müqaviləsi imzalanacağına ümidliyik"
"Sürətlə dəyişən geosiyasi şəraitdə regionda sabitliyin və sülhün bərqərar olması getdikcə daha çox əhəmiyyət kəsb edir".
TodayPress xəbər verir ki, bunu Gürcüstan prezidenti Mixeil Kavelaşvili aprelin 29-da İrəvanda Ermənistan prezidenti Vaaqn Xaçaturyanla birgə mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, Gürcüstan Ermənistan və Azərbaycanın sülh sazişinin şərtləri üzrə danışıqların yekunlaşdığını elan etməsini birmənalı qarşılayıb.
"İnanırıq ki, bu, dinc, təhlükəsiz, sabit və inkişaf etmiş Cənubi Qafqaz regionunun yaradılması üçün gələcək birgə səyləri tələb edən mühüm prosesin başlanğıcıdır.
Ümid edirik ki, Ermənistan və Azərbaycan yaxın gələcəkdə sülh müqaviləsi imzalayacaqlar. Gürcüstan Cənubi Qafqazda sülh və sabitlik prosesini dəstəkləyir. Biz bütün istiqamətlərdə regional əməkdaşlığı dərinləşdirməyə, ədalətli və dinc çoxfunksiyalı beynəlxalq nizamın formalaşmasına töhfə verməyə hazırıq" deyə o əlavə edib.
Töhfə Səməd
tag: Gürcüstan ,Mixeil Kavelaşvili ,Ermənistan,Azərbaycan,todaypress.az,