Vatikanın rəsmi saytında Azərbaycan dilində bölmə yaradıldı

Siyasət

02.04.2025 19:26

2658

Müqəddəs Taxtın rəsmi portalı "Vatican News" bu gündən etibarən Azərbaycan dilində xəbərlərin yayımına başlayıb.

TodayPress xəbər verir ki, portalda müvafiq bölmə yaradılıb.

Bu addımın dinlərarası dialoqu dəstəkləmək məqsədi daşıdığı bildirilir.

Beləliklə də, portalın yayım dillərinin sayı 56-ya çatıb.

tag: Müqəddəs Taxt,Azərbaycan ,Vatican News,Xəbər,todaypress.az,